02 
Apr
2025
15:49
304

Zurabişvili: “Hakimiyyətin repressiv qanunlar qəbul etməsi onun gücləndiyini yox, əksinə, etirazın artdığını göstərir”

"Hakimiyyətin repressiv qanunlar qəbul etməsi heç bir halda onun gücləndiyinin göstəricisi deyil. Əksinə, cəmiyyətdə etirazlar artır və daha çox insan hökumətin nə etdiyini və hansı istiqamətdə getdiyini dərk edir."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili Parlamentin qəbul etdiyi yeni qanunlara münasibət bildirərkən bildirib.

“Hakimiyyət yeni repressiv qanunlar qəbul etdiyi üçün biz bunu heç bir halda onun güclənməsi kimi qiymətləndirməməliyik. Xeyr! Əksinə, etiraz artır, daha çox insan başa düşür ki, bu hakimiyyət nə edir və hansı istiqamətdə gedir”, – deyə Zurabişvili bildirib.

O, FARA qanun layihəsinin (xarici agentlər haqqında qanun) məqsədinin vətəndaş cəmiyyətinin və qeyri-hökumət sektorunun susdurulması olduğunu qeyd edib.

“FARA vasitəsilə bütün qeyri-hökumət təşkilatlarını və vətəndaş cəmiyyətini susdurmağa çalışırlar, amma buna qarşı da yollar tapılacaq və bu istiqamətdə işləyirik. Bu, hökumətin gücləndiyinin yox, əksinə, daha çox insanın birləşdiyi etirazın artdığının sübutudur. Daha çox insan bizim çağırışımıza qoşulur və mən dünən elan etdiyim yol xəritəsini dəstəkləyir – bu, bura daxil olan partiyaların birgə siyasi mövqeyidir. Biz seçkilərə, dinc yolla gedirik. Seçkiləri də, siyasi məhbusların azad olunmasını da təmin edəcəyik. Amma biz başqa yolları seçmirik, kiminsə fikrində olan alternativ yollar bizim yolumuz deyil. Bu, bizim birgə mövqeyimizdir. Biz əzm və birliyimizlə bu rejimin repressiyalarına qarşı dayanacaq və uğur qazanacağıq”, – deyə Zurabişvili bildirib.

Bizimlə əlaqə saxlayın