Prokurorluq Mamuka Xazaradzeyə ittiham irəli sürüb
"İttiham irəli sürülməsi ilə yanaşı, prokurorluq qanunvericiliklə müəyyən edilmiş müddətdə Xazaradzəyə qarşı həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Prokurorluq məlumat yayıb.
“Gürcüstanın Prokurorluğu, Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının qanuni tələbini yerinə yetirmədiyinə görə Mamuka Xazaradzeyə qarşı cinayət işi qaldırıb. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2003–2012-ci illərdə fəaliyyət göstərmiş rejimin və onun siyasi vəzifəli şəxslərinin fəaliyyətini araşdırmaq məqsədilə yaradılmış parlamentin müvəqqəti istintaq komissiyasının 25 mart iclasına izahat vermək üçün çağırılmışdı.
Baxmayaraq ki, 22 mart tarixində komissiya sədrinin imzası ilə rəsmi çağırış sənədi Xazaradzeyə təqdim olunmuş və ona istintaq komissiyasının iclasında iştirak etməklə bağlı öhdəlik, eyni zamanda gəlmədiyi təqdirdə qanunla nəzərdə tutulmuş məsuliyyət tədbirləri barədə xəbərdarlıq edilmişdi, o, iclasa üzrlü səbəb olmadan qatılmayıb. Bu hal Parlamentin müvəqqəti istintaq komissiyasının qanuni tələbini yerinə yetirməmək kimi qiymətləndirilib.
Mamuka Xazaradzeyə qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə irəli sürülüb. Prokurorluq qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edəcək”, – deyə açıqlamada bildirilir.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 349-cu maddəsi – “Parlamentin müvəqqəti istintaq komissiyasının tələbinin yerinə yetirilməməsi” – cərimə və ya bir ilədək azadlıqdan məhrumetmə, həmçinin üç ilədək vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun məhdudlaşdırılmasını nəzərdə tutur.


