31 
Mar
2025
09:47
346

Giorgi Gaxaria: “Vətənin müstəqilliyini hakimiyyət uğrunda mübarizəyə qurban verməyək!”

Hamını çağırıram ki, qan bahasına əldə edilmiş ən əsas nailiyyət – Vətənimizin müstəqilliyi və azadlığını hakimiyyət uğrunda mübarizəyə qurban verməyək – gəlin 31 martın qazancını qoruyaq və bu dəyərin müdafiəsində birlikdə olaq.

InterPress.ge xəbər verir ki, bu barədə “Gaxaria Gürcüstan Naminə” partiyasının lideri Giorgi Gaxaria sosial şəbəkədə yazır.

Onun sözlərinə görə, müstəqilliyin bərpası ilə bağlı keçirilmiş referendumun 34-cü ildönümünü birlikdə qeyd etməli idik, lakin “təəssüf ki, düşmən yenə də bacardı, bizi parçalayaraq bir-birimizə qarşı qoydu”.

“Bu gün 31 martdır. Düz 34 il əvvəl gürcü xalqı dövlət müstəqilliyinin bərpasına qərar verdi.

Bu gün ölkəmizin yeni tarixində ən mühüm tarixlərdən biridir. 31 mart həm də radikallaşmanın aradan qaldırılması və birliyimizin simvoludur.

Əslində, bu günü siyasi baxışlarımızdan asılı olmayaraq birlikdə qeyd etməliyik. Bu, bizim əcdadlarımızın vəsiyyətidir. Təəssüf ki, düşmən yenidən bacardı və bizi parçalayaraq qarşı-qarşıya qoydu.

Hamını çağırıram ki, qan bahasına əldə olunmuş bu ali dəyəri – vətənin müstəqilliyi və azadlığını hakimiyyət uğrunda mübarizəyə qurban verməyək. 31 martın qazancını qoruyaq və onu birgə müdafiə edək.”-Qaxariya bildirib.

Bizimlə əlaqə saxlayın