28 
Mar
2025
11:24
132

"Vahid Milli Hərəkat və onun peykləri bələdiyyə seçkilərində iştirak edə bilməyəcəklər" -Mdinaradze

Vahid Milli Hərəkat (VMH)və onun müttəfiqləri bələdiyə seçkilərində iştira edə bilməyəcəklər.

InterPress.ge xəbər verir ki, bu bərədə Gürcü Arzusu Partiyasının icraçı katibi və parlament çoxluğunun lideri Mamuka Mdinaradze məlumat yayıb.

Mdinaradze parlamentdə keçirdiyi brifinqdə bildirib ki, istintaq komissiyasının hesabatı bu partiyaların anti-konstitusion elan olunması üçün möhkəm hüquqi əsas yaradacaq. Onun sözlərinə görə, "kollektiv Vahid Milli Hərəkat" nəinki bələdiyyə seçkilərində, ümumiyyətlə, Gürcüstanda keçirilən heç bir seçkidə iştirak edə bilməyəcək.  

"Son dövrlərdə tez-tez sual verilir ki, Vahid Milli Hərəkat və onun peykləri bələdiyyə seçkilərində iştirak edəcəkmi? Agentura qüvvələri hər zaman maliyyəçilərinin verdiyi tapşırıqlara uyğun hərəkət edirlər. Onların göstərişi ilə hələ də seçkilərdə iştirak etməyəcəklərini bəyan edirlər. Əslində isə məsələ belə deyil – onlar iştirak edə bilməyəcəklər! Gürcü dövləti və onun konstitusion qaydası bunu təmin edəcək.  

Artıq indidən aydın görünür ki, istintaq komissiyasının hesabatı bu partiyaların qeyri-konstitusion elan olunması üçün möhkəm hüquqi əsas olacaq və biz əminik ki, Konstitusiya Məhkəməsi obyektiv qərar çıxaracaq. Kollektiv Vahid Milli Hərəkat nəinki bələdiyyə seçkilərində, heç bir seçkidə iştirak edə bilməyəcək. Gürcüstanın əleyhinə olan, qeyri-konstitusion, anti-milli və cinayətkar partiyalar qeyri-qanuni təşkilat elan ediləcək və onların fəaliyyəti qadağan olunacaq!" – deyə Mamuka Mdinaradze bildirib.

Bizimlə əlaqə saxlayın