
Mixeil Ğavelashvili “Rus qanunu”na qarşı Salome Zurabişvilinin Konstitusiya şikayətindən imtina edib
Mixeil Qavelashvili, Gürcüstan prezidenti Salome Zurabişvilinin “Rus qanunu”na qarşı Konstitusiya Məhkəməsinə təqdim etdiyi şikayətdən imtina edib.
InterPress.ge xəbər verir ki, bu qərar, Konstitusiya Məhkəməsində işin dayandırılmasına səbəb olacaq.
Xatırladaq ki, 2024-cü il oktyabrın 9-da Konstitusiya Məhkəməsi prezidentin şikayətini qismən baxılmağa qəbul etmişdi. Məhkəmə mübahisəli qanunun Konstitusiyanın bir sıra maddələri ilə uyğunluğunu araşdırmalı idi.
Qavelashvilinin administrasiyası bu qərara dair bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, “Xarici təsirin şəffaflığı haqqında” Gürcüstan qanunu şəffaflıq və hesabatlılıq prinsiplərinə əsaslanır və bu, Gürcüstanın milli suverenliyinin qorunmasına və ölkənin sabit inkişafına xidmət edir.
“Qanun, xarici qüvvələrin maraqlarını daşıyan təşkilatların maliyyə mənbələri haqqında cəmiyyətin maksimum məlumatlı olmasına xidmət edir. Buna görə də Gürcüstan prezidenti Mixeil Qavelashvili Konstitusiya şikayətindən imtina etmək qərarına gəlib”, – deyə bəyanatda vurğulanır.