Zuraabişvili: Həbs dalğası absurdluluğun yeni səviyyəsinə çatıb
"Yeni həbslər dalğası absurdluluğun yeni səviyyəsinə çatır".
InterPress.ge xəbər verir ki, Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili sosial şəbəkə X-də paylaşdığı açıqlamada, etiraz aksiyasında tələbələrin saxlanmasına münasibət bildirib.
“Yeni həbslər dalğası absurdluluğun yeni səviyyəsinə çatır: qadın tələbələr etiraz aksiyasında stul gətirdiklərinə görə saxlanılıb, daha bir tələbə isə əl çaldığı üçün. Kafka Tbilisidə!” – deyə Zurabişvili yazıb.
Xatırladaq ki, dünən parlamentin qarşısında üç nəfər saxlanılıb. Onlardan ikisi sonradan yazılı öhdəlik əsasında azad edilib, üçüncü şəxs isə hələ də saxlanılır.
Gürcüstanın Daxili İşlər Nazirliyindən Interpressnews-a bildirilib ki, hər üç şəxs İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi – polis əməkdaşının qanuni tələbinə tabe olmama əsasında saxlanılıb.
Qeyd edək ki, saxlanılan şəxslər parlament binasının önündə kiçik stullar yerləşdirməyə çalışıblar, lakin hüquq-mühafizə orqanları onlara buna icazə verməyib. Onların sözlərinə görə, bir nəfər isə sadəcə əl çaldığı üçün saxlanılıb.


