
Jurnalistlərin hüquqlarının pozulması halları artır – 147 media nümayəndəsi təzyiqə məruz qalıb
2024-cü il 28 noyabrdan bu günə qədər Gürcüstanda keçirilən avropayönlü etiraz aksiyaları zamanı jurnalistlərin hüquqlarının pozulması ilə bağlı 147 hal qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə “Media, İnformasiya və Sosial Tədqiqatlar Mərkəzi”məlumat yayıb.
Jurnalistikanın Beynəlxalq Günü münasibətilə yayımlanan açıqlamada bildirilir ki, jurnalistlərin, operatorların və fotoqrafların fəaliyyətinə mane olmaq, onları fiziki və ya sözlə təhqir etmək, avadanlıqlarını zədələmək və ya əlindən almaq halları artıq tendensiyaya çevrilib.
Məlumata əsasən:
• 124 insident sənədləşdirilib, bu hadisələrdə ümumilikdə 147 media nümayəndəsi təzyiqlərə məruz qalıb;
• Onlardan 24 jurnalist bir neçə dəfə zərər çəkib – texnikası dağıdılıb, fiziki təzyiqə məruz qalıb və ya cərimələnib;
• 17 jurnalistə 5000 lari məbləğində cərimə tətbiq olunub – buna səbəb yolun bağlanması ilə bağlı polis tərəfindən yazılan cərimələrdir;
• Eyni zamanda, bəzi jurnalistlər tənqidi mövqelərinə görə sıxışdırılıb və hətta işdən azad edilib.
Mərkəz bildirir ki, bu hallar ifadə azadlığına və jurnalistlərin təhlükəsiz fəaliyyətinə ciddi təhlükə yaradır.