.jpeg)
Latviyanın Baş naziri: “Ümid edirik ki, gürcü xalqı öz hüquqlarını və demokratik dəyərlərini qoruyacaq”
"Ümid edirik ki, gürcü xalqı öz hüquqlarını və demokratik dəyərlərini qoruyacaq."
InterPress.ge xəbər verir ki, Latviyanın Baş naziri Evika Silina Brüsseldə, Avropa İttifaqının iki günlük sammiti başlamazdan əvvəl Gürcüstanla bağlı mövqeyini ifadə edib.
“Gürcüstanın gündəlikdə olub-olmadığı barədə məlumatım yoxdur. Lakin ümid edirik ki, Gürcü xalqı öz hüquqlarını və demokratik dəyərlərini qoruyacaq. Latviya həmişə başa düşüb ki, öz azadlığın uğrunda mübarizə aparmaq nə qədər çətindir, çünki bizim ortaq tariximiz var”, – deyə Silina bildirib.
Xatırladaq ki, Avropa İttifaqının iki günlük sammitində Ukraynanın Prezidenti Volodimir Zelenski iştirakçılara onlayn formatda müraciət edəcək. Görüşdə, Ukrayna məsələsi ilə yanaşı, miqrasiya və Yaxın Şərqdəki hadisələr də müzakirə olunacaq.