20 
Mar
2025
14:34
140

Gürcüstan hökuməti ABŞ ilə münasibətlərin normallaşmasına hazırdır – Kaladze

 

Gürcüstan hökuməti ABŞ ilə münasibətlərin bərpasına hazırdır, lakin bunun üçün ilk növbədə “Deep State”-in məğlub edilməsi lazımdır.

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti dostluq münasibətlərinə hazırdır və ümid edir ki, ABŞ prezidenti Donald Tramp “Deep State”-in məğlub edilməsi ilə bağlı verdiyi vədləri sona qədər yerinə yetirəcək.

“Gürcüstan hökuməti münasibətlərin normallaşmasına tam hazırdır. Biz hər gün prosesləri diqqətlə izləyirik. ABŞ-ın yeni seçilmiş prezidenti açıq şəkildə “Deep State”-ə qarşı mübarizə elan edib və onun əsas məqsədi bu şəbəkəni məğlub etməkdir. Biz illərdir “Qlobal Müharibə Partiyası” və onların maraqları haqqında danışırdıq. Onların Gürcüstanda və dünyanın müxtəlif ölkələrində möhkəm dayaqları var. Buna görə də ilk növbədə “Deep State”-in məğlub olması vacibdir. Bu, dərhal Gürcüstana və bizim ölkəmizlə münasibətlərə təsir göstərəcək. Gürcüstan hökuməti dostluğa hazırdır. Biz bu mübarizədə ABŞ prezidentinə uğurlar arzulayırıq və ümid edirik ki, Tramp “Deep State”-i məğlub edəcəyi ilə bağlı vədini yerinə yetirəcək”, – Kaladze bildirib.

Bizimlə əlaqə saxlayın