Gürcüstan 2030-cu ilə qədər Aİ-yə üzvlüyə hazır olacaq – Nika Samxaradze
Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına (Aİ) üzv olmaq üçün hazır olacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri, Nika Samxaradze bildirib.
O, hazırda parlament nümayəndə heyəti ilə birlikdə Buxarestdə rəsmi səfərdədir.
Samxaradzenin sözlərinə görə, Gürcüstan tərəfi Aİ-nin özünün 2030-cu ildə genişlənməyə nə dərəcədə hazır olacağı məsələsini qaldırıb. O, bu sualın Avropa İttifaqının qarşısında duran iqtisadi, təhlükəsizlik və miqrasiya problemləri fonunda vacib olduğunu vurğulayıb.
“Biz eyni zamanda açıq şəkildə soruşduq – Aİ 2030-cu ilə qədər genişlənməyə nə dərəcədə hazır olacaq? Çünki İttifaq iqtisadi çətinliklər, miqrasiya böhranı, təhlükəsizlik təhdidləri, Ukrayna münaqişəsi, müdafiə qabiliyyətinin gücləndirilməsi və yeni ABŞ administrasiyası ilə münasibətlər kimi problemlərlə üz-üzədir.
Rumıniya tərəfi isə bu narahatlıqları tam bölüşdüyünü bildirib və Aİ-nin genişlənməsi ilə bağlı realist mövqe sərgiləyib.
Gürcüstan rəsmisi qeyd edib ki, əgər ölkədə sabitlik və sülh qorunarsa, növbəti 5 il ərzində lazımi islahatlar həyata keçirilməklə Aİ-yə üzvlük prosesi tamamlana bilər.


