Belediye orqanlarında gender bərabərliyi şuraları qorunacaq
Gürcüstanın belediye orqanlarında və şəhər məclislərində (Sakrebulo) kişi və qadınların bərabərliyi məsələləri üzrə şuralar fəaliyyətini davam etdirəcək.
Interzpress.ge xəbər verir ki, bu barədə parlamentin İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin iclasında "Gürcü Arzusu" partiyasının deputatı David Matikaşvili məlumat verib. O, qanunun ikinci oxunuşu üçün "Gender Bərabərliyi Haqqında" qanunda nəzərdə tutulan dəyişiklikləri və ondan irəli gələn digər qanun layihələrini təqdim edib.
Hazırkı qanunvericilik paketi qanunvericilik mətnindən "gender" terminini çıxarmağı nəzərdə tutur. Bundan əlavə, parlamentdə ilk oxunuşda qəbul edilən layihə, həm parlamentdə, həm də bələdiyyə orqanlarında gender bərabərliyi şuralarının ləğvini təklif edir.
Lakin ikinci oxunuşda dəyişikliklər edilib və nəticədə bələdiyyələrdə və meriyalarda gender bərabərliyi məsələləri ilə məşğul olan müvafiq struktur bölmələrinin saxlanılması barədə qərar qəbul edilib.
"İlk redaktədə həm parlamentdə, həm də bələdiyyələrdə və şəhər məclislərində gender bərabərliyi şuralarının ləğvi nəzərdə tutulurdu. Lakin qərara gəldik ki, bələdiyyələrdə və meriyalarda bu mövzu ilə məşğul olan aidiyyəti struktur bölmələr qalsın. Bunlar kişi və qadınların bərabərliyi məsələləri üzrə işləyəcək orqanlar olacaq", – deyə Matikaşvili bildirib.
Deputat əlavə edib ki, qanun layihəsinin plenar iclasda müzakirəsi zamanı onun son forması daha da dəqiqləşdiriləcək.


