
Gürcüstanda narkopolitikanın sərtləşdirilməsi: Cəzalar artırılır, yeni qanunlar hazırlanır
14 mart tarixində Gürcüstan parlamentinin İnsan Haqları Müdafiəsi Komitəsi "Gürcü Arzusu"nun hazırladığı qanun layihəsini müzakirə edəcək.
InterPress.ge xəbər verir ki, layihəyə əsasən, narkotiklərlə, o cümlədən, kannabis və marixuana ilə bağlı cinayətlərə qarşı məsuliyyət daha da sərtləşdiriləcək.
Bu dəyişikliklər Səkkiz müxtəlif qanuna təsir edəcək, o cümlədən:
Cinayət Məcəlləsi
İnzibati Xətalar Məcəlləsi
Təşkilati Cinayətkarlıq və Reket haqqında Qanun və digər normativ aktlar.
Narkotiklərlə bağlı cinayətlərin tərifi genişləndiriləcək və cəzaların müddəti artırılacaq.
Psixotrop maddələrin, onların analoqlarının, kannabis və marixuananın qeyri-qanuni istehsalı, saxlanması, daşınması və satışı daha sərt cəzalandırılacaq.
İnzibati məsuliyyət artırılacaq – narkotik vasitələrin az miqdarda qanunsuz istehsalı, saxlanması və istifadəsi, habelə həkim resepti olmadan qəbulu daha ciddi sanksiyalara səbəb olacaq.
Yeni cəzalar:
500-dən 2000 lariyə qədər cərimə və ya 60 günədək inzibati həbs
Təkrar qanun pozuntusu edənlərin silah və sürücülük hüququ 3 il müddətinə məhdudlaşdırılacaq
Bundan əlavə, qanunda ilk dəfə olaraq "narkotik alveri" və "narkotik alverçisi" anlayışları müəyyən ediləcək. Yeni təriflərə görə, narkotik alverçisi ilə əlaqəli şəxslər və onların əmlakı da qanunla tənzimlənəcək.
Bu qanun layihəsinin təşəbbüskarları "Gürcü Arzusu" və "Xalqın Gücü" partiyalarının deputatlarıdır.