13 
Mar
2025
15:17
182

Kaxa Kaladze Saakaşvili ilə bağlı : “Şəxsi rifah üçün büdcə vəsaiti yox, şəxsi yığımlar istifadə olunmalıdır”

Tbilisinin meri Kaxa Kaladze Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin büdcə vəsaitlərinin böyük məbləğdə israf edilməsi işi üzrə məhkəmə qərarına münasibət bildirib.

InterPress.ge xəbər verir ki , Kaladze bu barədə  jurnalistlərə açıqlamasında qeyd edib.

O, bildirib ki, dövlət vəzifəsi tutan şəxsin xalqın pulunu şəxsi rifahı üçün xərcləməsi qəbuledilməzdir.

“Çox pis haldır ki, istənilən vəzifəli şəxs – hansı vəzifədə olması fərq etməz – dövlət büdcəsindən şəxsi rifahı üçün istifadə edir. Təsəvvür etmək çətindir ki, büdcə vəsaiti hesabına övladlarının təhsil haqqını ödəyəsən və ya dostlarına, sevgilinə hədiyyələr alasan. Əgər belə şeylər etmək istəyirsənsə, bunu öz şəxsi gəlirin və yığımların hesabına etməlisən, büdcə pulları ilə yox”, – deyə Kaladze vurğulayıb.

Xatırladaq ki, Tbilisi Şəhər Məhkəməsi böyük məbləğdə büdcə vəsaitlərinin israf edilməsi işi üzrə Mixail Saakaşvilini 9 il azadlıqdan məhrum edib. Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Teimuraz Janaşiya isə 300 min lari məbləğində cərimə olunub.

Bizimlə əlaqə saxlayın