13 
Mar
2025
13:20
94

Mziya Amağlobeli: “Mənə qarşı açılan iş saxtalaşdırılıb”

“Baxılan iş saxtalaşdırılıb”.

InterPress.ge xəbər verir ki, bu sözləri “Batumelebi” və “Netgazeti” nəşrlərinin təsisçisi Mziya Amağlobeli Batumi Şəhər Məhkəməsinin hakiminə müraciətində deyib.

Hazırda onun barəsində inzibati hüquq pozuntusu işi üzrə məhkəmə prosesi davam edir.

Amağlobeli bildirib ki, o, qanunsuz heç bir hərəkət etməyib və irəli sürülən ittihamlar əsassızdır:

“Baxılan iş saxtalaşdırılıb, protokol da saxtadır. Mən stikeri tam şüurlu şəkildə yapışdırmışam, lakin heç bir qanunsuz hərəkət etməmişəm. Hər hansı bir çağırış da olmayıb. Bundan əlavə, polislərə qarşı sözlü təhqirdə ittiham olunduğum deyilir – bu da yalandır. Heç kim elə bir kadr və ya şahid tapa bilməz ki, mən bu sözləri işlətdiyimə dair sübut versin. Nə qapalı məkanda, nə də ictimaiyyət qarşısında heç kimə qarşı təhqiramiz ifadələr işlətməmişəm. Ümid edirəm ki, məhkəmə mənə və vəkillərimə qanunsuz həbsi sübut etmək imkanı verəcək”, – deyə Amağlobeli vurğulayıb.

Xatırladaq ki, Batumi Şəhər Məhkəməsində Mziya Amağlobeli inzibati hüquq pozuntusu işi üzrə məhkəmə prosesi keçirilir. O, məhkəmə iclasına uzaqdan qoşulub.

Bizimlə əlaqə saxlayın