
İrakli Kobaxidze: Müxalifətin aksiyaları rituala çevrilib
"Müxalifət çətin vəziyyətdədir, hər gün 300 nəfərlik aksiyalar keçirirlər, bu, sanki bir rituala çevrilib – bir saatlıq yolu bağlayır, sonra isə evlərinə qayıdırlar."
InterPress.ge xəbər verit ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi LIVE” verilişində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, aksiyaçılar öz istəkləri ilə ora gedirlər və hər gün dövlət büdcəsinə on minlərlə lari ödəyirlər.
“Öz xoşları ilə gəlirlər, dövlət büdcəsini doldururlar, hər gün on minlərlə lari ödəyirlər, buna görə onlara bir növ təşəkkür də edə bilərik. Partiyalara gəlincə, tamamilə itmiş vəziyyətdədirlər. Görürük ki, vəziyyət necədir. Onların daxilində çox ciddi problemlər var – təkcə partiyalar arasında yox, hətta partiya daxilində belə çətin münasibətlər mövcuddur”, – deyə baş nazir vurğulayıb.