12 
Mar
2025
23:21
228

ABŞ Konqresində “Gürcü Kabusunun Tanınmaması Aktı”nın həmmüəlliflərinin sayı artdı

ABŞ Konqresinin rəsmi saytında yayımlanan məlumata görə, "Gürcü Kabusunun Tanınmaması Aktı" qanun layihəsinə daha bir həmmüəllif əlavə edilib.

InterPress.ge xəbər verir ki, respublikaçı konqresmen Co Uilsonun təşəbbüsü ilə təqdim olunan qanun layihəsinə Demokrat Partiyasının nümayəndəsi Tom Suozi də qoşulub. Bununla da layihənin həmmüəlliflərinin sayı 7-yə çatıb.

Qanun layihəsini dəstəkləyən digər konqresmenlər bunlardır:

Respublikaçılar: Maykl Törner, Maykl Loulr

Demokratlar: Stiv Koyen, Loyd Doqetti, Emanuel Kliver, Cimmi Panetta

Qanun layihəsi ABŞ hökumətinə Gürcüstanda “Bidzina İvanişvili və ya onun hər hansı bir marioneti” tərəfindən idarə olunan hökumətin tanınmasını qadağan etməyi nəzərdə tutur.

Co Uilsonun təqdim etdiyi digər bir qanun layihəsi – "MEGOBARI Aktı" isə artıq 18 konqresmenin dəstəyini qazanıb (10 demokrat və 8 respublikaçı). Bu qanun layihəsi Gürcüstan hökumətinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.

Bundan əlavə, "MEGOBARI Aktı" Konqresin yuxarı palatasında – Senatda da təqdim olunub. Layihənin təşəbbüskarları respublikaçı Cim Riş və demokrat Cin Şahindir.

Bizimlə əlaqə saxlayın