12 
Mar
2025
20:40
193

Rusiya rəsmisi: Putin üçün atəşkəs razılaşmasını indiki formada qəbul etmək çətindir

Rusiya Prezidenti Vladimir Putin üçün mövcud şərtlərlə atəşkəs razılaşmasını qəbul etmək çətindir.

InterPress.ge xəbər verir ki, bu barədə Reuters agentliyinə adının açıqlanmasını istəməyən Rusiya rəsmisi məlumat verib.

Rusiya rəsmisinin sözlərinə görə, Moskva atəşkəslə yanaşı müəyyən təminatlar da almalıdır.

"Putin üçün bu razılaşmanı indiki formada qəbul etmək çətindir. O, güclü mövqedədir, çünki Rusiya cəbhədə irəliləyir", – deyə rəsmi bildirib.

O əlavə edib ki, hər hansı atəşkəs razılaşması Rusiya qüvvələrinin döyüş meydanında irəliləyişini nəzərə almalıdır.

Xatırladaq ki, dünən ABŞ və Ukrayna nümayəndələri Səudiyyə Ərəbistanında danışıqlar aparıblar. Görüşdən sonra məlum olub ki, Ukrayna 30 günlük atəşkəsə razılaşmağa hazırdır, əgər Rusiya da eyni addımı atarsa.

Bizimlə əlaqə saxlayın