12 
Mar
2025
13:49
235

Prokuror: “Mixail Saakaşvili artıq korrupsiya cinayətində məhkum olunub”

Keçmiş prezident Mixail Saakaşvili korrupsiya ittihamı ilə artıq məhkum olunub. Teimuraz Canaşiyanın əməlinin yenidən təsnifləndirilməsi və qrup şəklində cinayət törətmə ittihamının çıxarılması ilə bağlı məhkəmə qərarı isə prokurorluq tərəfindən apeliyasiya şikayəti veriləcək.

InterPress.ge xəbər verir ki, bu barədə prokuror Giorgi Mujiri məhkəmənin Saakaşvilini 9 il azadlıqdan məhrum etməsi, Canaşiyanı isə 300 min lari cərimə etməsi ilə bağlı qərarına dair jurnalistlərə açıqlama verərkən bildirib.

Prokurorun sözlərinə görə, 9 milyon lari məbləğində büdcə vəsaiti Mixail Saakaşvilinin və onun ətrafının şəxsi lüks həyatına xərclənib.

“İllər ərzində müdafiə tərəfi bu cinayət işinin əhəmiyyətini azaltmağa çalışsa da, artıq məhkəmə prokurorluq tərəfindən təqdim edilən sübutlar əsasında qənaətə gəldi ki, Mixail Saakaşvili dövlətin vəsaitlərini mənimsəyib. Bu pullar dövlət maraqlarına uyğun istifadə edilməyib, əksinə, Saakaşvilinin, onun ailə üzvlərinin və yaxın ətrafının şəxsi lüks və komfortu üçün xərclənib.”

Məhkəmənin qrup şəklində törədilən cinayət ittihamını çıxarması və Canaşiyanın əməlinin yenidən təsnifləndirilməsi ilə bağlı qərarına gəldikdə isə prokurorluq bu qərarın dəyişdirilməsi və ilkin hüquqi təsnifatın bərpa olunması üçün şikayət verəcəyini açıqlayıb.

“9 milyon lari məbləğində vəsaitin böyük hissəsi şəxsi ehtiyaclara sərf olunub. Buraya Sofi Nijaradzenin səyahət və hədiyyələri, Tika Bokuçavanın aldığı mobil telefon və xaricdə lüks kurortlara xərclənən pullar daxildir. Bu xərclər yalnız şəxsi lüks üçün nəzərdə tutulmuşdu və dövlət maraqları ilə heç bir əlaqəsi yox idi.” - deyə prokuror vurğulayıb.

Bizimlə əlaqə saxlayın