Gaxaria: “Azadlıq üçün mübarizə aparan tələbələri universitetdən çıxarmaq ləyaqətsizlikdir”
“Bu ölkədə gənclər və tələbələr həmişə azadlıq uğrunda mübarizənin simvolu olublar”
InterPress.ge xəbər verir ki, bunu “Gaxaria Gürcüstan Naminə” partiyasının lideri Giorgi Gaxaria sosial şəbəkədə yazıb.
O, Şota Rustaveli adına Teatr və Kino Dövlət Universitetində etiraz aksiyalarında iştirak edən tələbələrin tələbə statusunun dayandırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Giorgi Gaxaria sosial media paylaşımında gənclərə dəstək ifadə edib:
“Bu ölkədə gənclər və tələbələr həmişə azadlıq uğrunda mübarizənin simvolu olub və buna görə də onlar həmişə rejimlərin hədəfi olublar. İvanişvilinin “Gürcü Arzusu”nun ləyaqəti budur ki, öz ölkəsi üçün mübarizə aparan tələbələri universitetdən çıxarır.
Keçmişin gələcəklə mübarizəsində həmişə keçmiş məğlub olur.
Gürcüstan uğrunda mübarizə aparan gənclərə dəstəyimi bildirirəm!” – deyə Gaxaria vurğulayıb.
Xatırladaq ki, Teatr və Kino Dövlət Universitetinin bəzi tələbələrinin məlumatına görə, etiraz aksiyalarında iştirak etdikləri üçün onların tələbə statusu dayandırılıb.
Bu məsələ ilə bağlı Şota Rustaveli adına Teatr və Kino Dövlət Universiteti bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, tələbələrin statusunun dayandırılması ilə bağlı rektorun əmri hələ verilməyib və tələbələrin Etika Komissiyasının qərarını şikayət etmək hüququ var.


