09 
Mar
2025
11:48
135

Fransa Rusiyanın aktivləri hesabına Ukraynaya hərbi yardım göstərəcək

Fransa Ukraynaya 195 milyon avro dəyərində yeni hərbi yardım paketini təqdim edəcək.Bu vəsaitin dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlə ödənilməsi planlaşdırılır.

InterPress.ge xəbər verir ki, bu barədə Fransa müdafiə naziri Sebastyan Lekornu La Tribune Dimanche nəşrinə müsahibəsində bildirib.

Fransa Ukraynaya 155 mm-lik artilleriya mərmiləri və Mirage 2000 döyüş təyyarələri üçün AASM idarə olunan aviasiya bombaları göndərəcək.

Bundan əlavə, Fransa AMX-10RC tipli yüngül tanklar və VAB zirehli transportyorlarının tədarükünü sürətləndirəcək. Bu texnika əvvəllər Fransa Silahlı Qüvvələri tərəfindən istifadə olunururdu.

Nazirin sözlərinə görə, Fransa yalnız Ukraynanın deyil, öz ordusunun da hərbi texnika təminatını gücləndirəcək.

• Dassault Aviation şirkəti 2024-cü ildə ayda 2 ədəd Rafale döyüş təyyarəsi istehsal edirdisə, 2026-cı ilə qədər bu rəqəmi 4-5 vahidə çatdıracaq.

• AASM aviasiya bombalarının istehsalı 2026-cı ilə qədər ikiqat artırılacaq.

• 2025-ci ildən MBDA şirkəti Akeron MP tank əleyhinə raketlərinin istehsalını ikiqat artıracaq.

 

Bizimlə əlaqə saxlayın