Volski: “Beynəlxalq Şəffaflıq – Gürcüstan reallıqdan uzaq ittihamlarla çıxış edir”
Gürcüstan parlamentinin birinci vitse-spikeri Giya Volski, “Beynəlxalq Şəffaflıq – Gürcüstan” təşkilatının bəyanatına reaksiya verərək, təşkilatın iddialarını absurd və reallıqdan uzaq adlandırıb.
InterPress.ge xəbər verir ki,o, bildirib ki, bu təşkilatın Gürcüstanda çevriliş etməyə və ölkəni diz çökdürməyə çalışdığı “qara planlar” var.
“Bu təşkilatın irəli sürdüyü ittihamlar tamamilə absurd və reallıqdan uzaqdır. Bunun arxasında Gürcüstanı diz çökdürmək və ölkədə inqilab yolu ilə hakimiyyəti dəyişmək kimi qaranlıq planlar dayanır. Bunun başqa izahı yoxdur”, – deyə Volski vurğulayıb.
“Aqressiv ritorika mövzusuna gəldikdə isə, Beka Odişariya və başqaları küçələrdə və tribunada eşitdiyimiz bəyanatlarla müqayisədə xeyli geri qalır. Ona görə də bu ittihamlar sadəcə uydurmadır. Əgər bir dövlətin siyasəti belə mövzular üzərində qurulursa, bu o deməkdir ki, həmin siyasət konspirativ, qaranlıq və aqressivdir”, – o əlavə edib.
Volski həmçinin Baltikyanı ölkələrin Gürcüstan rəsmilərinə qarşı tətbiq etdiyi sanksiyaları tənqid edib.
“Təəssüf ki, Baltikyanı ölkələr bu məsələdə çox mənfi mövqe sərgilədilər. Xüsusilə də nəzərə alsaq ki, onların Rusiya ilə iqtisadi münasibətləri çox aktivdir və ticarət dövriyyəsi Gürcüstanın Rusiya ilə illik dövriyyəsindən qat-qat çoxdur”, – deyə o bildirib.
Volskinin sözlərinə görə, Baltikyanı ölkələr Gürcüstanda hakimiyyətin dəyişdirilməsinə yönəlmiş siyasətə liderlik edirlər.
"Onlar istəyirlər ki, Gürcüstanda elə bir hakimiyyət olsun ki, Avropa bürokratiyasının maraqlarına uyğun siyasət aparsın. Bu sanksiyaların arxasında yalnız bu niyyətlər dayanır. Hazırda Gürcüstana qarşı aqressiv hücumlar hələ də davam edir və görünən odur ki, qlobal dəyişikliklər baş vermədiyi müddətcə bu hücumlar dayanmayacaq”, – Volski qeyd edib.
Qeyd edək ki, “Beynəlxalq Şəffaflıq – Gürcüstan” təşkilatı Estoniyanın sanksiya siyahısına düşən şəxslərlə bağlı hesabat yayımlayıb.
Sənədə görə, sanksiya tətbiq edilən şəxslər arasında hakim “Gürcü Arzusu” partiyasının hazırkı və keçmiş deputatları var:
• İrakli Zarkua, Viktor Sanikidze, Gela Samxarauli – Abu-Dabidə baş vermiş qrup halında zorakılıqda iştirak etdiklərinə görə.
• Laşa Talaqadze və Beka Odişariya – Aqressiv ritorika və nifrət dili ilə çıxış etdiklərinə görə.
• Beka Odişariya həmçinin Latviyanın keçmiş fəxri konsulu olub.
Bu sanksiyalar Gürcüstan və Avropa İttifaqı arasında münasibətlərin gərginləşməsinə əlavə təsir göstərir.


