03 
Mar
2025
21:51
415

Gia Volski: "Söz azadlığı heç bir şəkildə məhdudlaşdırıla bilməz"

"Söz azadlığı heç bir şəkildə məhdudlaşdırıla bilməz."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin birinci vitse-spikeri Gia Volski televiziya və radio yayımı ilə bağlı planlaşdırılan qanun dəyişikliklərindən danışarkən bildirib. 

"İllər göstərdi ki, medianın təkcə məlumat yaymaq deyil, həm də yeni media qurumları yaratmaq və istənilən mövzuda danışmaq hüququ var. Əlbəttə ki, bu, yalan olmamalıdır və ən əsası, yalan məlumat ölkəyə zərər vurmaq məqsədinə xidmət etməməlidir. Bu məsələnin tənzimlənməsi isə inkişaf etmiş demokratiyalar və Avropa standartları çərçivəsində aparılmalıdır. Biz qanun layihələrini məhz bu məqsədlə hazırlayırıq." – deyə Volski vurğulayıb.

O, bəzi hallarda medianın ictimaiyyəti məlumatlandırmaq üçün deyil, müəyyən məqsədlər üçün istifadə edildiyini iddia edib.

"Bəzi aksiyalar əvvəlcədən planlaşdırılmış konspirasiya xarakteri daşıyır və onların keçirilməsinin əsas məqsədi sadəcə media vasitəsilə işıqlandırmaqdır. Bu, bir tərəfdən, KİV-in yayımı ilə təmin olunur, digər tərəfdən isə proseslərin radikallaşdırılması ilə uzlaşdırılır. Dövlət bu cür hallara müəyyən resurslarla qarşı durmalıdır, əks halda nəzarətsiz proseslər baş verə bilər. Əgər media radikallaşmaya dəstək verir və bu, dövlətin maraqlarına qarşı yönəlirsə, bu, müvafiq qanunvericilik müdaxiləsini tələb edir. Hazırda biz müxtəlif variantları nəzərdən keçiririk, amma konkret hansı addımların atılacağını demək hələ tezdir." – deyə Volski qeyd edib.

Bizimlə əlaqə saxlayın