Estoniya Gürcüstanın daha 55 vətəndaşına ölkəyə giriş qadağası qoydu
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Gürcüstanın 55 vətəndaşına, o cümlədən prokurorlar, hakimlər, polis əməkdaşları, deputatlar və digər şəxslərə ölkəyə girişin qadağan edilməsi barədə əmr imzaladığını açıqlayıb.
Nazirin bəyanatında qeyd olunur ki, adları sadalanan gürcü şəxslər zorakılıqda iştirak edib və ya zorakılıqla hədələyiblər. "Gürcüstanda etirazçılara, jurnalistlərə və müxalifət liderlərinə qarşı tətbiq edilən zorakılıq qəbuledilməzdir, cinayət xarakterlidir və insan haqlarının pozulmasıdır" – deyə bəyanatda vurğulanıb.
Estoniyanın Xarici İşlər Nazirliyinin məlumatına görə, ümumilikdə 83 Gürcüstan vətəndaşına Estoniyaya giriş qadağan edilib.
Qadağa siyahısına hakimlər, prokurorlar, polis əməkdaşları, parlament üzvləri və "Alt-Info" media platforması ilə əlaqəli şəxslər daxildir. Onların arasında aşağıdakı adlar var:
Hakimlər: İrakli Xuskivadze, Tamar Mçedlişvili, Lela Maridaşvili, Levan Qolbaya, Davit Mgelaşvili, Nana Şamatava, Teona Epitaşvili, Arsen Kalatozişvili, Lela Kaliçenko, Davit Kurtanidze, İrma Toqonidze, Quliko Qajaşvili, Ketevan Caçvadze, Nino Taraşvili, Giorgi Gelaşvili, Natiya Gudadze, Nato Xujaidze, Zviad Şaradze, İrakli Dgebuadze və Eka Barbakadze.
Prokurorlar: Vaja Todua, Şmaqi Gobejişvili, Zviad Gubeladze, Ana Metreveli, Giorgi Mukbaniani, Roin Xintibidze, Tamar Yakobidze, Vladimir Turmanidze, Nuqzar Çitadze, Tornike Qojeşvili, Paatə Tsetsladze, Zaza Metonidze, Nino Saxelaşvili, Malxaz Okropiraşvili və Vera Dolidze.
Polis əməkdaşları: Giorgi Çarekaşvili, Tornike Menabde, Sulxan Kiqnadze, Revaz Tsurtsumia, Zviad Marqvelani, Zurab Çaribaşvili, Davit Maruaşvili, Otar Gelaşvili, Nodari Zenaişvili və Berdia Feradze; Acarıstan bölgəsinin polis rəisi Qriqol Beselia və Davit Atabeqaşvili; Batumi polis rəisi Qoça Vanadze.
Parlament üzvləri: Laşa Talaxadze, İrakli Zarqua, Viktor Sanikidze, Gela Samxarauli və Beka Odişaria.
"Alt-Info" media platforması və siyasi hərəkatla əlaqəli şəxslər: Konstantine Morqoşia və Zurab Maxaradze.


