03 
Mar
2025
13:37
218

Parlamentdə “Xarici Agentlərin Qeydiyyatı Aktı” müzakirəyə çıxarılır

Martın 3-də Gürcüstan Parlamentinin Hüquq Məsələləri Komitəsi “Xarici Agentlərin Qeydiyyatı Aktı”nı birinci oxunuşda müzakirə edəcək.

InterPress.ge xəbər verir ki, layihə müəlliflərinin sözlərinə görə, onlar bu qanunu ABŞ-da qüvvədə olan FARA (Xarici Agentlərin Qeydiyyatı Aktı) qanununun birbaşa, sözbəsöz tərcüməsi kimi təqdim ediblər.

Bununla belə, parlamentin hüquq departamenti müəyyən edib ki, qanunun gürcü dilinə tərcüməsi hüquqi və məzmun baxımından qeyri-dəqiqdir və layihədə nəzərdə tutulan dövlət qurumları və vəzifəli şəxslər Gürcüstan reallığına uyğun gəlmir.

Təklif olunan qanun layihəsində əsasən aşağıdakı məsələlər tənzimlənir:
    •    Xarici prinsipalın agenti və xarici qüvvə anlayışlarının izahı;
    •    Xarici prinsipalın agenti kimi qeydiyyatdan keçmək üçün tələblər;
    •    Xarici prinsipalın agenti kimi qeydiyyat üçün müraciətin və müvafiq sənədlərin ictimaiyyət üçün açıq olması;
    •    Xarici prinsipalın agenti statusuna malik olan subyektlərin illik maliyyə bəyannaməsi təqdim etməsi;
    •    Xarici prinsipalın agenti kimi qeydiyyatdan çıxarılma qaydaları;
    •    Xarici prinsipalın agentlərinin müəyyən edilməsi və qanun layihəsində göstərilən tələblərin yerinə yetirilməsinə nəzarət mexanizmləri;
    •    Qeydiyyatdan yayınma və qanunun tələblərinə əməl etməmə hallarında cinayət məsuliyyətinin tətbiq edilməsi.

Layihənin müəllifləri “Gürcü Arzusu” və “Xalqın Gücü” fraksiyasının deputatlarıdır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər