03 
Mar
2025
13:05
240

Aİ: Avropa İttifaqı Abxaziyada keçirilən qondarma prezident seçkilərini tanımır

Avropa İttifaqı (Aİ) Abxaziyada keçirilən “səparatçı prezident seçkiləri”nin hüquqi və konstitusion çərçivəsini tanımır.

InterPress.ge xəbər verir ki, bu barədə Brüsseldə Avropa İttifaqının mətbuat xidmətinin ofisindən  bildirilib.

Aİ bir daha Gürcüstanın beynəlxalq hüquq çərçivəsində tanınan ərazi bütövlüyü və suverenliyinə tam dəstək ifadə edib.

“Avropa İttifaqı Gürcüstanın ərazi bütövlüyü və suverenliyini tam şəkildə dəstəkləyir. O cümlədən, Gürcüstanın işğal altında olan, separatçı bölgəsi Abxaziyada keçirilən qondarma prezident seçkilərinin hüquqi və konstitusion çərçivəsini tanımır. Aİ qeyri-tanınma və eyni zamanda proseslərə cəlbolunma siyasətini davam etdirəcək”, – deyə Aİ-nin mətbuat xidmətinin ofisindən bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər