28 
Fev
2025
10:03
251

Rusiya Kəşfiyyatı: "Aİ gürcü gənclərinə hökumətə qarşı çıxmaları üçün pul təklif edir"

Avropa İttifaqı (Aİ) Gürcüstanda gəncləri hökumət əleyhinə çıxışlara təşviq etmək üçün maliyyə yardımı ayırmağa hazırlaşıb.

InterPress.ge xəbər verir ki, bu barədə Rusiyanın xarici kəşfiyyat xidməti iddia irəli sürüb.

Rusiya mediasının yaydığı məlumata görə, Aİ-nin "Georgian Youth for Europe" (Gürcü Gəncləri Avropa üçün) proqramı çərçivəsində gürcü gənclərə "proqressiv" layihələrin həyata keçirilməsi üçün 50 min avroya qədər qrantlar təklif ediləcək.

"Maliyyə vəsaitlərinin ayrılması üçün əsas meyar layihə müəlliflərinin Qərbə sadiqliyi olacaq", – deyə bəyanatda vurğulanır.

Rusiya kəşfiyyatı həmçinin iddia edir ki, Aİ Gürcüstanda etiraz aksiyalarının davam etdirilməsi və koordinasiyası üçün Tbilisidəki nümayəndəliyinə ciddi maliyyə vəsaiti ayırıb.

"Antihökumət aksiyalarının hər bir iştirakçısına gündəlik "işinə" görə 120 avro ödənilməsi planlaşdırılır. Gürcüstan hakimiyyəti Aİ-nin bu fəaliyyətini bloklamağa çalışarsa, alternativ variant kimi Ermənistandakı Aİ səfirliklərindən Tbilisiyə nağd pul gətirmək planlaşdırılır", – deyə Rusiya kəşfiyyatının bəyanatında bildirilir.

Rusiya Xarici Kəşfiyyat Xidməti iddia edir ki, Brüsselə tabe olan gürcü və Avropa media qurumları, qeyri-hökumət təşkilatları blogerlər, jurnalistlər, İT mütəxəssisləri və Gürcüstana köçmüş ruslara təsir etməyə yönəliblər.

Bəyanata əsasən, bu fəaliyyət "Birləşmiş Avropa ilə əməkdaşlığın üstünlüklərini" və "Gürcü Arzusu" hökumətinin "prorusiya siyasi kursunun çıxılmaz olduğunu" göstərmək məqsədi daşıyır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər