27 
Fev
2025
22:39
156

Putin: "ABŞ-ın yeni administrasiyası ilə ilk təmaslar müəyyən ümidlər yaradır"

Rusiya prezidenti Vladimir Putin, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Şurasının genişləndirilmiş iclasında çıxış edərək, ABŞ-ın yeni administrasiyası ilə ilk təmasların ümidverici olduğunu bildirib.

"Hamımız dünyanın necə sürətlə dəyişdiyini görürük. Bu kontekstdə qeyd etmək istəyirəm ki, ABŞ-ın yeni administrasiyası ilə ilk təmaslar müəyyən ümidlər yaradır", – deyə Putin vurğulayıb.

Rusiya prezidenti həmçinin bəyan edib ki, Qərb dairələri Moskva və Vaşinqton arasında münasibətlərin bərpasını istəmir və bu dialoqu pozmağa çalışır.

"Biz başa düşürük ki, Rusiya-Amerika əlaqələrinin bərpası hamını sevindirmir. Qərb elitasının bir hissəsi dünyada qeyri-sabitliyin davam etməsində maraqlıdır. Bu qüvvələr başlanmış dialoqu pozmağa çalışacaqlar və biz bunu aydın görürük", – deyə Putin əlavə edib.

Onun sözlərinə görə, Rusiya ABŞ-la münasibətlərin inkişafına açıqdır, lakin bu prosesin müəyyən qüvvələr tərəfindən əngəllənməyə çalışıldığını müşahidə edirlər.

Bizimlə əlaqə saxlayın