Avropa Parlamentinin Gürcüstan üzrə məruzəçisi Rasa Yukneviçiene: "Mənim üçün vəziyyəti yerində hiss etmək vacib idi"
Avropa Parlamentinin Gürcüstan üzrə daimi məruzəçisi Rasa Yukneviçiene Tbilisidə səfəri zamanı bəyan edib ki, Gürcüstanla bağlı məsuliyyət daşıyan şəxs kimi onun üçün vəziyyəti yerində hiss etmək və şəxsi görüşlər keçirmək mühüm idi.
"Bu, mənim burada keçirdiyim görüşlərdən biridir. Səfərim qısamüddətli – cəmi bir günlükdür və Yerevandan evə qayıdarkən Tbilisidə dayandım. Mənim üçün, xüsusilə Gürcüstanla bağlı məsuliyyət daşıyan və bu ölkə üzrə Avropa Parlamentinin daimi məruzəçisi olan biri kimi, şəxsi görüşlər keçirmək və vəziyyəti yerində hiss etmək çox vacib idi." – deyə Yukneviçiene bildirib.
O, səfəri çərçivəsində bir sıra mühüm görüşlər keçirdiyini də vurğulayıb:
"İlk növbədə, Avropa İttifaqının səfirləri ilə görüşlərim oldu. Həmçinin, Prezident Salome Zurabişvili ilə, müxalifət partiyalarının siyasətçiləri ilə və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə də görüşlərim nəzərdə tutulub." – deyə Avropa Parlamentinin məruzəçisi əlavə edib.


