26 
Fev
2025
13:39
202

“Xarici agentlərin qeydiyyatı haqqında” qanunun pozulmasına görə cinayət məsuliyyəti tətbiq olunacaq

Gürcüstan parlamentində “Gürcü Arzusu” tərəfindən təqdim edilən “Xarici agentlərin qeydiyyatı haqqında” qanun layihəsinə əsasən, bu qanunun tələblərinə əməl etməyən və ya düzgün icra etməyən şəxslərə qarşı cinayət məsuliyyəti nəzərdə tutulur.

InterPress.ge xəbər  verir ki,  mövcud məlumata görə, sözügedən qanun layihəsi ABŞ-da tətbiq olunan FARA (Xarici Agentlərin Qeydiyyatı Aktı) qanununun birbaşa tərcüməsidir.

Layihəyə uyğun olaraq, cinayət məcəlləsinə yeni maddə əlavə ediləcək və “Xarici agentlərin qeydiyyatı haqqında” qanunun pozulması hallarında beş ilədək azadlıqdan məhrumetmə və ya cərimə cəzası tətbiq olunacaq.

Qeyd edək ki, ötən ilin yazında qəbul edilən “Xarici təsirin şəffaflığı haqqında” qanun bu tələblərə əməl olunmaması halında yalnız inzibati cərimələrin tətbiqini nəzərdə tuturdu. Yeni dəyişikliklər isə məsuliyyəti daha da sərtləşdirir və cəzaların ağırlaşdırılmasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər