Vladimer Bojadze: Parlament seçkilərinin təyin edilməsi məsələsi müzakirə olunmur
Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi məsələsi müzakirə olunmur – müxalifət nə qədər tez dərk etsə ki, yeni seçkilər təyin olunmayacaq, bir o qədər tez yerli özünüidarəetmə seçkilərinə hazırlaşmağa başlayacaq.
InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu” partiyasının deputatı Vladimir Bojadze mediaya açıqlama verib.
Bojadzeyə görə, müxalifət üçün ən məntiqli addım yerli özünüidarəetmə seçkilərinə hazırlaşmaqdır.
“Yeni parlament seçkilərinin keçirilməsi məsələsi gündəmdə deyil. Növbəti parlament seçkiləri 28 oktyabr 2028-ci ildə, yerli özünüidarəetmə seçkiləri isə 4 oktyabrda keçiriləcək. Ola bilsin ki, Salome Zurabişvili məhz bu seçkilərə hazırlığı nəzərdə tuturdu.
ATƏT-in hesabatında açıq şəkildə qeyd olunur ki, parlament seçkiləri rəqabətli olub. Müxalifətin seçkilərdə məğlub olaraq nəticəni qəbul etməməsi və parlamentə daxil olmaması heç nəyi dəyişmir – parlament işləyir!” – deyə Vladimir Bojadze bildirib.
Xatırladaq ki, Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili Rustaveli prospektində, Birinci Gimnaziyanın qarşısında toplaşan etirazçılara müraciət edib. O, fəaliyyət planı barədə danışaraq, yeni seçkilərin keçirilməsinin alternativsiz olduğunu vurğulayıb.


