24 
Fev
2025
23:27
296

Gürcüstanda "Vətənə xəyanət" maddəsi Cinayət Məcəlləsinə əlavə olunur

Gürcüstan parlamentində "Cinayət Məcəlləsinə" vətənə xəyanət maddəsinin əlavə edilməsi təşəbbüsü irəli sürülüb.

InterPress.ge xəbər verir ki, yeni maddəyə əsasən, vətənə xəyanət aşağıdakı hərəkətləri əhatə edəcək:

🔹️Ərazi bütövlüyünün pozulması;

🔹️Konstitusiyaya zidd müqavilənin bağlanması və ya danışıqlar aparılması;

🔹️Ölkənin xarici təhlükəsizliyinə xələl yetirilməsi;

🔹️Xarici kəşfiyyat orqanlarına qoşulma;

🔹️Gürcüstanın müdafiə qabiliyyətinə zərər vurulması;

🔹️Dövlət sirrinin ötürülməsi;

🔹️Casusluq fəaliyyəti;

🔹️Konstitusiya quruluşunun zorla dəyişdirilməsi üçün çevriliş və ya qiyam təşkil etmək;

🔹️Dövlətə qarşı sabotaj;

🔹️Xarici dövlətlərə, təşkilatlara və ya xarici təsir altında olan qurumlara düşmən fəaliyyətində kömək etmək.

Qanun layihəsi hakim "Gürcü Arzusu" və "Xalqın Gücü" partiyalarının deputatları tərəfindən təqdim edilib və parlamentdə artıq müzakirəyə çıxarılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər