24 
Fev
2025
22:33
335

Salome Zurabişvili Gürcüstan xalqını etiraza çağırır

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili vətəndaşları 25 fevralda keçiriləcək etiraz aksiyasında iştiraka dəvət edib.

InterPress.ge xəbər verir ki, Prezident bu barədə videomüraciətdə çağırış edib.

O, bildirib ki, 25 fevral Rus işğalının simvolik günü hesab olunur və bu səbəbdən hər bir gürcü vətəndaşı Rustaveli prospektində bir araya gəlib "Rus işğalına yox!" deməlidir.

"Sabah, 25 fevraldır – bizim ən ağır tarixlərimizdən biri. Bu gün bolşevik ordusu Tbilisiyə daxil oldu və ölkəmizi işğal etdi. Bu tarix Rus işğalının simvoluna çevrildi. Buna görə də, sabah hamımızın Rustaveli prospektində dayanaraq demək borcumuz var: 'Rus işğalına yox!'

Bu, bizim birgə bəyanatımız olacaq. Sabah, saat 09:00-da mən sizinlə Rustavelidə olacağam", – deyə Salome Zurabişvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər