24 
Fev
2025
22:29
193

Gürcüstanda QHT-lərin dövlət qərarlarının qəbulundakı məcburi iştirakı ləğv edilir

Gürcüstan parlamentində qanunvericilik paketi təqdim edilib, hansı ki, qəbul edildikdən sonra dövlət qərarlarının qəbulunda qeyri-hökumət təşkilatlarının (QHT) məcburi iştirakı ləğv olunacaq.

InterPress.ge xəbər verir ki, bu dəyişiklik “Gürcü Arzusu” və “Xalqın Gücü” partiyalarının birgə təşəbbüsü ilə 14 fərqli qanuna düzəliş edilməsini nəzərdə tutur.

Layihəyə əsasən:

🔹️Prokurorluq Şurasına üzv və ümumi məhkəmələrin intizam kollegiyasına namizədlər artıq QHT-lər tərəfindən irəli sürülməyəcək.

🔹️Milli tənzimləyici orqanların yanında fəaliyyət göstərən istehlakçı hüquqlarının müdafiəçisi vəzifəsinə namizədləri müəyyənləşdirən komissiyalarda QHT nümayəndələri iştirak etməyəcək.

Hakim komandanın qərarına əsasən, bütün mövcud qanunlardan dövlət qərarlarının qəbulunda QHT-lərin məcburi iştirakı ilə bağlı müddəalar çıxarılacaq.

Təklif olunan dəyişikliklər artıq parlament komitələrinin müzakirəsinə təqdim edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər