24 
Fev
2025
22:26
276

Gürcüstanda qanunvericilikdən “gender” və “gender kimliyi” terminləri çıxarılır

Gürcüstan qanunvericiliyində "gender" və "gender kimliyi" terminlərinin çıxarılması və "Gender bərabərliyi haqqında" qanunun adının dəyişdirilməsi nəzərdə tutulur.

InterPress.ge xəbər verir ki, yeni qanun "Qadın və kişi bərabərliyi haqqında" qanun adlanacaq.

Sözügedən qanunvericilik paketi Gürcüstan parlamentində “Gürcü Arzusu” və “Xalqın Gücü” partiyasının deputatları tərəfindən irəli sürülüb.

Parlamentə təqdim olunan layihəyə əsasən, qanunvericilikdəki "gender məsələləri" ifadəsi "qadın və kişi bərabərliyi məsələləri" ilə əvəz olunacaq. Bundan əlavə, "gender əlamətinə görə dözümsüzlük" ifadəsi "qadın və kişi bərabərliyinə qarşı dözümsüzlük" kimi dəyişdiriləcək. Həmçinin, qanunlarda yer alan "genderə həssas" ifadəsi "cinsiyyət əlamətinə həssas" ifadəsi ilə əvəz olunacaq.

Qanunvericilik paketi artıq parlamentin müvafiq komitələrinə müzakirə üçün təqdim edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər