19 
Fev
2025
15:28
258

Giya Volski: “Həbsin qanuni olub-olmadığını ayırd etmək üçün nəticəsinə baxın”

Parlamentin birinci vitse-spikeri Giya Volski, “TV Pirveli”nin operatoru Laşa Cioşvilinin mülki geyimli şəxslər tərəfindən saxlanılması ilə bağlı sualı cavablandırarkən, bu hadisənin hüquqi aspektinin nəticələrinə əsasən qiymətləndirilməli olduğunu bildirib.

InterPress.ge xəbər verir ki, o bu barədə jurnalistəərə açıqlama verib.

“Ayırd etməyi bilirsinizmi? İnsan harada tapılacaq – qətl edilərək qəbiristanlıqda, yoxsa həbs yerində, harada ki, istintaq prosedurları aparılır? Bax, bununla fərqi ayırd edə bilərsiniz,” – deyə Volski jurnalistlərin sualına cavab verib.

Onun sözlərinə görə, əgər saxlanılan şəxsin peşəsi ilə bağlı iddialar varsa, bu ayrıca araşdırıla biləcək bir məsələdir.

“Əgər geyim forması ilə bağlı şikayətlər varsa, bunun üçün ayrıca strukturlar var. Ancaq əsas məsələ budur: şəxs cinayət törədibmi, yoxsa yox? Onun peşəsi nə olursa olsun – idmançı da ola bilər, “TV Pirveli”nin jurnalisti də. Əgər qanunu pozubsa, məsuliyyət daşımalıdır. Yox, əgər günahsızdırsa, bunu sübut edən dəlillər təqdim olunmalıdır. Əks halda, bu, qanunsuz hərəkət olar,” – deyə vitse-spiker əlavə edib.

Volski həmçinin keçmiş hakimiyyət dövründə siyasi opponentlərin öldürülməsi halları ilə bugünkü hüquq-mühafizə orqanlarının fəaliyyətini müqayisə edib.

“Siz fərqi necə ayırd edə bilərsiniz? Sizin siyasi liderləriniz kimisə həbs edəndə onu sadəcə saxlamırdılar, birbaşa aparıb öldürürdülər. Onları qəbiristanlığa aparıb edam edirdilər. Bunu edənlər polisə və qanuna yox, şəxsi maraqlara və yaratdıqları sadist sistemə xidmət edirdilər. Fərqi burada görməlisiniz,” – deyə Volski vurğulayıb.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi “TV Pirveli”nin operatoru Laşa Cioşvilinin inzibati qaydada saxlanıldığını açıqlayıb. O, 173-cü maddə – polis əməkdaşının qanuni tələbinə tabe olmamaq ittihamı ilə həbs edilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə isə bir neçə nəfərin Cioşvilini maşına mindirdiyi və onun “Mən operatoram, Laşa Cioşvili” dediyi eşidilir. Bundan əlavə, “TV Pirveli”nin hüquqşünası Tornike Miginaişvili bildirib ki, saxlanılma zamanı ona qarşı qeyri-proporsional güc tətbiq edilib və nəticədə sol əlində qançırlar yaranıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər