Vladimir Bojadze: Müxalifətin istintaq komissiyası ilə əməkdaşlıqdan yayınması onların məsuliyyətdən qorxduğunu sübut edir
“Gürcü Arzusu”nun deputatı Vladimir Bojadze müxalifət nümayəndələrinin parlamentdə yaradılmış müvəqqəti istintaq komissiyası ilə əməkdaşlıqdan imtina etməsini onların məsuliyyətdən yayınmaq cəhdi kimi dəyərləndirib.
InterPress.ge xəbər verir ki, bu barədə Bojadzd jurnalistlərə açıqlama verib.
“Müxalifət istintaq komissiyası ilə əməkdaşlıqdan yayınmağa çalışır, lakin bu, cinayət məsuliyyətinə səbəb olan bir haldır. Onların bu addımı göstərir ki, komissiyanın işi nəticəsində gələcəkdə hansısa məsuliyyətə cəlb ediləcəklərindən qorxurlar,” – deyə Bojadze jurnalistlərə açıqlamasında bildirib.
O əlavə edib ki, komissiyanın fəaliyyəti mühüm əhəmiyyət daşıyır və onun nəticələrinə əsasən prokurorluqda yeni işlər açıla bilər.
“Biz komissiyanın işini gözləməliyik və onun nəticələri ilə bağlı hansı yeniliklərin olacağını görməliyik. Ola bilər ki, prokurorluqda yeni işlər açılsın. Lakin bu, təkcə komissiyadan deyil, həm də onunla əməkdaşlıq etməyə hazır olan insanlardan asılıdır. İnanın ki, belə insanlar çoxdur,” – deyə deputat vurğulayıb.
Xatırladaq ki, parlamentdə “Gürcü Arzusu”nun təşəbbüsü ilə yaradılmış müvəqqəti istintaq komissiyası keçmiş hakimiyyətin – “Vahid Milli Hərəkat”ın bir sıra keçmiş vəzifəli şəxslərini dindirilməyə çağırıb.


