
“TV Pirveli” saxlanılan operatorunun dərhal azad olunmasını tələb edir
“TV Pirveli” telekanalı xəbər xidməti operatoru Laşa Cioşvilinin dərhal azadlığa buraxılmasını tələb edir.
InterPress.ge xənər verir ki, telekanal bu barədə rəsmi bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, hələ də Cioşvilinin harada saxlanıldığı məlum deyil və bu vəziyyət onun döyülməsi və ya qeyri-insani rəftara məruz qalması ilə bağlı şübhələr yaradır.
“Laşa Cioşvili qaçırıldıqdan bir saat yarım sonra Daxili İşlər Nazirliyi onun inzibati qaydada saxlanıldığını elan etdi. Lakin bu günə qədər onun hansı təcridxanaya aparıldığı gizlədilir. Təcridxananın yerinin açıqlanmaması onun döyüldüyünə və ya qeyri-insani rəftara məruz qaldığına dair şübhələr yaradır. “TV Pirveli” onun dərhal qanunsuz saxlanmadan azad edilməsini tələb edir”, – deyə bəyanatda vurğulanıb.
Telekanal həmçinin bildirir ki, Cioşvilinin saxlanılması onlarla şahidin və videokameraların qarşısında baş verib və heç bir görüntü onun hər hansı qanunsuz hərəkət etdiyini sübut etmir.
"Daxili İşlər Nazirliyinin bu hərəkəti müstəqil medianı qorxutmaq və jurnalistlərin, operatorların peşə fəaliyyətini yerinə yetirməsinin qarşısını almaq cəhdidir,” – deyə bəyanatda qeyd olunub.