18 
Fev
2025
18:01
326

Avropa Komissiyası: "Gürcüstan hakimiyyəti mülki cəmiyyətə, jurnalistlərə və müxalifətə təzyiqləri dayandırmalıdır"

"Bu, biabırçılıqdır və dərhal dayandırılmalıdır!"

InterPress.ge xəbər verir ki,  bu barədə Avropa Komissiyasının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Anita Hipper Brüsseldə "Interpressnews"un xüsusi müxbirinə verdiyi açıqlamada qeyd edib.

Hipper Gürcüstan hakimiyyətini mülki cəmiyyətə, jurnalistlərə və siyasi müxalifətə qarşı hər cür təzyiqi dayandırmağa çağırıb.

O, Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvili və müxalifət liderlərindən biri olan Giorgi Gaxariyanın hava limanında yumurta hücumuna məruz qalmasına münasibət bildirərək, Avropa Komissiyasının Gürcüstan hakimiyyəti ilə siyasi əlaqələri məhdudlaşdırmaq və maliyyə yardımlarını dondurmaq qərarına gəldiyini qeyd edib.

"Gürcüstan və onun demokratik geriləməsi ilə bağlı mövqeyimiz aydındır. Biz hökumətlə siyasi əlaqələri məhdudlaşdırmışıq, maliyyə yardımını dondurmuşuq və mülki cəmiyyəti dəstəkləmişik. Hakimiyyət mülki cəmiyyətə, jurnalistlərə və müxalifətə təzyiqləri dərhal dayandırmalıdır!" – deyə Avropa Komissiyasının sözçüsü bildirib.

Xatırladaq ki, Münhen Konfransından qayıdan Salome Zurabişvili və Giorgi Gaxariya Tbilisi Beynəlxalq Hava Limanında yumurta hücumuna məruz qalıblar.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər