18 
Fev
2025
17:56
257

Papuaşvili Mzia Amaglobelinin aclıq aksiyasını dayandırmasına münasibət bildirib

"Mzia Amaglobelinin aclığı dayandırması sevindiricidir, bəzi şəxslər onu alət kimi istifadə edirdi."

InterPress.ge xəbər verir ki,  bu barədə Parlamentin sədri Şalva Papuaşvili, "Batumelebi" və "Netgazeti" nəşrlərinin təsisçisi Mzia Amaglobelinin aclıq aksiyasını dayandırması ilə bağlı jurnalistlərə açıqlama verərkən deyib.

"Ən vacibi odur ki, o, aclığı dayandırdı. Bu günlər bir daha göstərdi ki, bəzi şəxslər başqalarının aclıq aksiyalarından alət kimi istifadə edirlər. Eynisini biz Miheil Saakaşvilinin aclıq aksiyasında da gördük. Təəccübləndirən məqam Avropa İttifaqının səfirinin açıqlamaları oldu. Dünən də bir bəyanat verdi ki, bu, insanı öz sağlamlığına zərər verməyə davam etməyə açıq-aşkar təşviq idi. Avropa İttifaqının Gürcüstandakı nümayəndəsi bunu edirsə, bu, onun təkcə Avropa dəyərlərindən deyil, ümumiyyətlə, insan dəyərlərindən uzaq olduğunu göstərir," – deyə Papuaşvili bildirib.

Onun sözlərinə görə, əcnəbi diplomatlar Müzia Amaglobelini aclıq aksiyasını dayandırmağa çağırmaq əvəzinə onu daha da təşviq edirdilər.

"Bu, təkcə Gürcüstandakı bəzi siyasətçilər üçün deyil, bəzi xarici qüvvələr üçün də alət idi. Xatırlayırsınızsa, Salome Zurabişvili belə bir ifadə işlətdi ki, Müzia Amaglobeli onun əlində yaxşı bir alətdir. Görünür ki, bəzi xarici qüvvələrin əlində də eyni məqsədlə istifadə olunurdu. Sevindirici haldır ki, o, nəhayət, aclığı dayandırdı."

Papuaşvili əlavə edib ki, Gürcüstan dövləti və müvafiq tibb müəssisələri ilk gündən Amaglobelinin sağlamlığına diqqət göstərirdi.

"Dövlət onun sağlamlığının qorunmasında ən maraqlı tərəfdir. Ümid edirəm ki, o da bu müddət ərzində baş verənləri dəyərləndirəcək və görəcək ki, ona dostluq vəd edənlər əslində onu yalnız alət kimi istifadə etməyə çalışırdılar. Təkcə gürcülər deyil, bəzi xaricilər də eyni şeyi edirdilər. Bu isə göstərir ki, həmin şəxslərin Gürcüstan üçün heç bir xeyirxah niyyəti yoxdur," – deyə Papuaşvili vurğulayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər