18 
Fev
2025
15:05
251

Fransız Avropa Parlamentari Nata­li Lo­azo: "Seçkiləri oğurlayan partiya le­gitim prezidentə hücum edir"

"Seçkiləri oğurlayan partiya le­gitim prezidentə hücum edir."

InterPress.ge xəbər verir ki, bu barədə Fransadan olan Avropa Parlamenti üzvü Nata­li Lo­azo "X" sosial şəbəkəsində Gürcüstan prezidenti Salome Zurabişviliyə edilən hücumla bağlı yazıb.

"Gürcüstanda seçkiləri oğurlayan partiya legitim prezident Salome Zurabişviliyə hücum edir və bunu Rusiyanın belə çəkinməyəcəyi qorxutma metodları ilə həyata keçirir. Salome Zurabişviliyə tam dəstəyimi ifadə edirəm. O, gürcü xalqının cəsarətini, demokratiyaya və Avropaya sədaqətini təmsil edir," – deyə Lo­azo yazıb.

Qeyd edək ki, sosial şəbəkələrdə paylaşılan görüntülərdə Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvilinin Tbilisi Beynəlxalq Hava Limanında yumurta hücumuna məruz qaldığı görünür.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər