15 
Fev
2025
11:52
290

İşğal olunmuş Abxaziyada prezident seçkiləri keçirilir

İşğal olunmuş Abxaziyada  prezident seçkilərikeçirilir.

InterPress.ge xəbər verir ki, bu barədə “Exo Kavkaza” xəbər yayıb.

İşğal altındakı ərazidə 08:00-da açılan “seçki məntəqələri” 20:00-a qədər fəaliyyət göstərəcək. Bildirilir ki, 152 “seçki məntəqəsi” açılıb.

Bundan əlavə,  seçkilər Rusiya Federasiyasının Moskva və Çerkessk şəhərlərində də təşkil olunub. Türkiyənin Sakarya şəhərində də seçki məntəqəsinin açılması planlaşdırılmışdı, lakin səsvermədən bir gün əvvəl bağlanıb.

Maraqlıdır ki, Rusiya Mərkəzi Seçki Komissiyası bu seçkiləri müşahidə etmək üçün heç bir nümayəndə göndərməyib.

Prezidentliyə beş namizəd mübarizə aparır: Bədra Qunba; Adqur Ardzınb; Oleq Bartsıts; Robert Arşba; Adqur Xurxumalı

Seçkilər siyasi böhran fonunda keçirilir.

Xatırladaq ki, bu qondarma “seçkilər” Abxaziyada Rusiyanın investisiya sazişi ilə bağlı hakimiyyət və müxalifət arasında yaranan siyasi böhran nəticəsində təyin edilib.

2023-cü il 15 noyabrda Suxumidə müxalifət tərəfdarları hökumət binalarını, o cümlədən prezident administrasiyasını ələ keçirib və Aslan Bjaniyanın istefasını tələb edib. 19 noyabrda Bjaniya vəzifəsindən gedib və yeni seçkilərin keçirilməsi qərara alınıb.

Beynəlxalq ictimaiyyət və Gürcüstan hökuməti bu seçkiləri qeyri-legitim hesab edir və işğal olunmuş ərazilərdə keçirilən bu cür tədbirləri tanımır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər