14 
Fev
2025
09:43
302

Donald Tramp: Rusiyanın G7-yə qayıtmasını istəyirəm

ABŞ Prezidenti Donald Tramp, Rusiyanın “Böyük Yeddilik” (G7) qrupuna qaytarılmasının vacib olduğunu bildirib.

InterPress.ge xəbər verir ki, o, hesab edir ki, Rusiyanın bu formata daxil edilməməsi səhv olub və Prezident Vladimir Putin geri qayıtmaqdan məmnun olardı.

“Mən onların geri dönməsini istəyirəm. Düşünürəm ki, Rusiyanın qrupdan çıxarılması səhv idi. Burada əsas məsələ Rusiyanı bəyənib-bəyənməmək deyil. Mən inanıram ki, Putin geri qayıtmaqdan məmnun olardı. Ukraynanın NATO-ya üzvlüyü Rusiya üçün qəbuledilməzdir”-Tramp bildirib.

Tramp həmçinin Ukraynanın NATO-ya daxil olmaq istəyinin Rusiyanı narahat etdiyini və müharibənin əsas səbəblərindən birinin bu məsələ olduğunu bildirib.

“Rusiyanın olduğu yerdə dayanıb Ukraynanın NATO-ya üzv olmasına icazə verməsini təsəvvür edə bilmirəm. Mən inanıram ki, müharibənin başlanmasının əsas səbəbi də bu idi. Çünki Bayden dedi ki, Ukrayna NATO-ya qoşula bilər və bunu söyləməməli idi.”-Tramp əlavə edib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər