12 
Fev
2025
15:20
241

Kaladze: Xəyanətkar hərəkətlərə görə hərkəs cavab verməlidir

"Xəyanətkar əməllərə görə bütün günahkarlar məsuliyyətə cəlb edilməlidir".

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze, parlamentdə müvəqqəti istintaq komissiyasının yaradılması ilə bağlı suala cavab verərkən bildirib.

Kaladze qeyd edib ki, əvvəlki hakimiyyətin fəaliyyəti nəticəsində ölkə ərazilərinin bir hissəsini itirib.

“Bizim seçkiöncəsi vədlərimizdən biri əvvəlki hakimiyyətin və onlarla əlaqəli olan müəyyən siyasi partiyaların və ya şəxslərin törətdiyi cinayətlərin araşdırılması idi. Heç kimə, məsələn, ölkə ərazilərinin Rusiyaya təhvil verilməsi bağışlanmamalıdır. Onların çirkin, düşüncəsiz və ağılsız siyasəti nəticəsində ölkə ərazilərinin bir hissəsini itirdi. Məhv edilmiş infrastruktur, həlak olmuş qəhrəman əsgərlər, dinc əhali - biz ağır nəticələrlə üzləşdik və bu yaralar hələ də sağalmayıb. Müvafiq olaraq, bu xəyanətkar əməllərə görə bütün günahkarlar məsuliyyətə cəlb edilməlidir”, - deyə Kaxa Kaladze bildirib.

Qeyd edək ki, “Gürcü Arzusu”nun təşəbbüsü ilə yaradılan və məqsədi 2003-2012-ci illərdə fəaliyyət göstərən rejimin və rejimin siyasi vəzifəli şəxslərinin fəaliyyətini araşdırmaq olan müvəqqəti istintaq komissiyası sabah ilk iclasını keçirəcək. İlk iclas təşkilati xarakter daşıyacaq - iclasda komissiya sədri, komissiya katibi seçiləcək və komissiyanın nizamnaməsi təsdiqlənəcək.

Bizimlə əlaqə saxlayın