12 
Fev
2025
15:11
244

Kaxa Kaladze: ABŞ prezidentinin USAID-lə bağlı verdiyi sözü yerinə yetirəcəyinə ümid edirəm

ABŞ Prezidenti Donald Trampın ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) bağlamaq qərarı ilə bağlı Tbilisi meri Kaxa Kaladze açıqlama verib.

InterPress.ge xəbər verir ki,o, bu qərarın Gürcüstanda hakimiyyətin devrilməsi cəhdlərində USAID-in rolunu təsdiqlədiyini bildirib.

Kaladze qeyd edib ki, Gürcüstan hökumətinin xalqdan gizlədəcəyi heç nə yoxdur və həmişə cəmiyyətə həqiqəti çatdırır. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın USAID-i “cinayətkar təşkilat” adlandıraraq bağlaması, bu qurumun ölkədə qütbləşmə, qarşıdurma və dövlət çevrilişi cəhdlərinə maliyyə sərf etdiyini təsdiqləyir.

Kaladze əlavə edib ki, Gürcüstan hakimiyyəti həmişə ölkənin və vətəndaşlarının maraqlarına uyğun siyasət aparacaq.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp USAID-i “cinayətkar təşkilat” adlandıraraq onun bağlanması barədə qərar qəbul edib. Bu qərar beynəlxalq ictimaiyyət tərəfindən geniş müzakirələrə səbəb olub.

Bizimlə əlaqə saxlayın