12 
Fev
2025
14:57
217

İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinin baş naziri ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri və Dubayın əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum ilə görüşüb.

InterPress.ge xəbər verir ki, bu barədə hökumət administrasiyası məlumat yayıb.

İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinə Dünya Hökumətləri Sammitinə dəvət üçün təşəkkür edib və bu tədbirin ölkələr arasında əlaqələrin dərinləşdirilməsi və ortaq maraq doğuran məsələlərin müzakirəsi üçün mühüm platforma olduğunu qeyd edib.

Görüşdə Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə səmərəli əməkdaşlıq vurğulanıb. Baş nazir Gürcüstanda əlverişli investisiya mühiti və biznesin inkişafına dəstək verən dövlət proqramları haqqında məlumat verib. O, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin ən iri şirkətlərinin Gürcüstanda həyata keçirdiyi uğurlu investisiya layihələrini qeyd edib. Bu kontekstdə, 2025-ci ildə başa çatacaq və Abu Dabi Limanlar Qrupunun investisiyası ilə həyata keçirilən Tbilisi Quru Limanı layihəsi xüsusi vurğulanıb. Bundan əlavə, EMAAR şirkəti ilə aparılan danışıqların uğurla başa çatdığı və Gürcüstanda çoxmilyardlıq investisiyanın həyata keçiriləcəyi bildirilib.

Görüşdə, həmçinin, iki ölkə arasında ticarət dövriyyəsinin artımı, energetika və turizm sahələrində əməkdaşlığın inkişafı üçün mövcud potensial və onun tam şəkildə reallaşdırılmasının əhəmiyyəti qeyd edilib.

İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinin baş nazirini Gürcüstana rəsmi səfərə dəvət edib.

Bizimlə əlaqə saxlayın