12 
Fev
2025
13:43
278

Landsbergis: Sanksiyalar simvolik olsa da başqalarına təzyiq vasitəsidir

Litvanın tətbiq etdiyi sanksiyalar fərdi şəxslərə yönəlib və onların ölkəyə girişini qadağan edir.

InterPress.ge xəbər verir ki, bu barədə  Litvanın keçmiş xarici işlər naziri Gabrielius Landsbergis “Interpressnews” agentliyinə verdiyi eksklüziv müsahibəsində bildirib.

O, sanksiyaların simvolik xarakter daşıdığını qəbul etsə də, bunun digər ölkələrə də eyni addımları atmaq üçün təzyiq vasitəsi olduğunu vurğulayıb.

“Litvanın tətbiq etdiyi sanksiyalar fərdi şəxslərə qarşıdır. Onların hansı pasporta sahib olduqlarının əhəmiyyəti yoxdur, onlar Litvaya daxil ola bilməyəcəklər. Bəlkə də soruşacaqsınız, İvanişvili nə qədər tez-tez Vilnüsə səfər etməyi planlaşdırır? Çox güman ki, o qədər də tez-tez deyil. Bu, onun üçün böyük itki deyil. Biz sanksiyaların simvolik xarakterini başa düşürük, lakin bu, digərlərinə də eyni addımları atmaq üçün təzyiq vasitəsi kimi xidmət edir. Bu, yavaş bir prosesdir, amma davam edir. Sizin prezidentiniz Salome Zurabişvili bu istiqamətdə böyük işlər görüb.”-Landisbergis bildirib.

Landsbergis əlavə edib ki, Rusiyanın Gürcüstanı “Belaruslaşdırmaq” istədiyini, yəni ölkənin bir şəxs tərəfindən idarə olunmasını arzuladığını qeyd edib. O, belə bir vəziyyətdə İvanişvilinin Lukaşenkonun rolunu oynadığını və metodların eyni olduğu halda, böyük fərqin olmadığını bildirib.

"Onlar [Rusiya] Gürcüstanın “Belaruslaşdırılmasını” istəyirlər, yəni ölkənin bir şəxs tərəfindən idarə olunmasını. Bu halda, Lukaşenkonun yerinə İvanişvili var. Əgər metodlar eynidirsə, böyük fərq yoxdur. Daha əvvəl də qeyd etdim ki, bu, ölkənin “Stalinizasiyasıdır”, burada vətəndaş hüquqları məhdudlaşdırılır. Hakimiyyətin bir şəxsə və ya qrupa cəmləşdiyi ölkələr adətən ada kimi olurlar və əksər hallarda Rusiyadan asılı vəziyyətə düşürlər.”-Landsbergis bildirib.

 

Bizimlə əlaqə saxlayın