11 
Fev
2025
19:48
418

İrakli Kobaxidze: "Bələdiyyə orqanları dörd illik müddətə seçilir və bu müddət yenilənməlidir"

"Bələdiyyə orqanları – merlər və şuralar – dörd il müddətinə seçilir və təbii ki, bu müddət başa çatdıqdan sonra yenilənməlidir."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Birləşmiş Ərəb Əmirliklərində jurnalistlərin suallarını cavablandırarkən, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin bəyanatına münasibət bildirib.

Baş nazir Avropa Şurasının Gürcüstanda bu il keçirilməsi planlaşdırılan yerli seçkilərin təxirə salınması ilə bağlı çağırışını tənqid edərək, bunu Ukraynadakı siyasi vəziyyətlə müqayisə edib.

"Bu, Ukraynadakı vəziyyəti xatırladır. Orada müəyyən dövlət qurumlarının mandatı artıq başa çatsa da, seçkilər keçirilmir. Biz isə Gürcüstanda belə bir vəziyyətin yaranmasına imkan verməyəcəyik. Hər kəs konstitusiyaya və qanunvericiliyə hörmət etməlidir."

Xatırladaq ki, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi Gürcüstan hökumətinə çağırış edərək, ölkədə "siyasi mühitdə əsaslı dəyişikliklər olmadan" yerli seçkilərin təxirə salınmalı olduğunu bildirmişdi. Bəyanatda həmçinin, Gürcüstanda milli səviyyədə "azad və ədalətli təkrar seçkilərə yol açılmasının vacibliyi" vurğulanmışdı.

 

Bizimlə əlaqə saxlayın