Giya Abaşidze: “Amerikanın Səsi” və “Azadlıq Radiosu” ölkədə dağıdıcı fəaliyyətlə məşğul olur
“Amerikanın Səsi” və “Azadlıq Radiosu”nun Gürcüstandakı redaksiyaları son bir neçə ildir ki, ölkədə dağıdıcı fəaliyyətlə məşğul olurlar.
InterPress.ge xəbər verir ki, bu fikirləri siyasi ekspert Giya Abaşidze deyib.
Onun sözlərinə görə, sözügedən radiostansiyaların xəbərləri, "məqalə" və "icmal"ları radikal müxalifətin dedikləri ilə tam üst-üstə düşür.
Abaşidze Vaşinqtonun həmin media quruluşlarının maliyyələşdirilməsinin dayandırılması ilə bağlı təşəbbüsünü müsbət qiymətləndirib.
Abaşidze onların fəaliyyətini jurnalistika adlandıra bilməyəcəyini vurğulayaraq bu media vasitələrinin Gürcüstanın dövlətçiliyinə və demokratiyasına qarşı ciddi təhdid olduğunu qeyd edib. O, həmçinin əlavə edib ki, Gürcüstan xalqı bu vəziyyətin dəyişməsindən məmnundur.
"Yeni ABŞ administrasiyası bu sabotajçılar haqqında həqiqəti söyləyirlər. Belə parazitlər amerikalı vergi ödəyiciləri tərəfindən maliyyələşdirilməməlidir”, - deyə G.Abaşidze əlavə edib.


