Əhalinin bir hissəsi “Gürcü arzusu” siyasətinin Rusiyanın/Rusiyaya yaxın ölkələrin maraqlarına xidmət etdiyini düşünür -ictimai sorğu
"Sosial Tədqiqatlar və Analizlər İnstitutu" (ISSA) tərəfindən aparılmış sorğunun nəticələrinə görə, iştirakçıların əksəriyyəti, yəni 54.9%, "Gürcü Arzusu" partiyasının siyasətinin Rusiyanın və Rusiyaya yaxın ölkələrin maraqlarını irəlilətməyə xidmət etdiyini bildirir.
InterPress.ge xəbər verir ki, "Gürcü Arzusu" partiyasının xarici siyasətini necə təsvir edərdiniz, sualı ilə bağlı nəticələr belə bölünüb:
- 54.9% - "Gürcü Arzusu" partiyasının siyasəti Rusiyanın və Rusiyaya yaxın ölkələrin maraqlarını irəlilətməyə xidmət edir.
- 7.0% - "Gürcü Arzusu" qərb ilə və qərb strukturları ilə inteqrasiya yolundadır.
- 30.1% - "Gürcü Arzusu" balanslı xarici siyasət yürüdür və konkret olaraq heç bir ölkənin maraqlarını irəlilətmir.
- 0.6% - Digər.
- 7.0% - Bilmirəm.
- 0.4% - Cavab verməyib
Sorğuda, "Deep State" və Qlobal Müharibə Partiyasının anti-gürcü təsirlərinin nə dərəcədə inandırıcı olduğunu soruşanda, iştirakçılar aşağıdakı cavabları veriblər:
- 36.7% - heç inandırıcı deyil
- 17.4% - Daha az inandırıcıdır
- 12.5% - inandırıcı deyil
- 7.0% - Tamamilə inandırıcıdır
- 25.3% - Bilmirəm
- 0.9% - Cavab verməkdən imtina edib
Bundan əlavə, iştirakçıların 86.3%-i Avropa İttifaqına Gürcüstanın üzvlüyünü dəstəkləyir, 74.25%-i isə NATO-ya üzv olmasını dəstəkləyir.
ABŞ-la strateji tərəfdaşlığın dayandırmasını necə qiymətləndirirsiniz sualına cavab olaraq, respondentlər belə cavab verirlər:
- 41,5% - çox mənfi
- 25,4% - nə müsbət, nə də mənfi
- 18,8% - daha müsbət, nəinki mənfi
- 5,1% - çox müsbət
- 2,7% - bilməyirəm
- 6,3% - cavab verməkdən imtina edib
Tədqiqat 2025-ci ilin 18-30 yanvar tarixləri arasında "Sosial Tədqiqatlar və Analizlər İnstitutu" tərəfindən aparılıb. 2.000 respondentlə şəxsən müsahibə metodu ilə sorğu keçirilib. Respondentlər təsadüfi şəkildə ailələrdən seçilib. Tədqiqatın nəticələri ümumi seçim üçün ±2,2% seçmə səhvi ilə təmin olunur və 95%-lik etibarlılıqla qiymətləndirilib.


