2003-2012-ci illərdəki hakimiyyəti araşdıracaq komissiyanın tərkibi məlum olub
2003-2012-ci illərdəki hakimiyyətin və onun siyasi məmurlarının fəaliyyətini araşdırmaq üçün “Gürcü arzusu”nun təşəbbüsü ilə parlamentdə yaradılmış müvəqqəti istintaq komissiyasının şəxsi tərkibi açıqlanıb.
InterPress.ge xəbər verir ki, “Gürcü Arzusu” fraksiyası komissiyaya Tea Tsulukiani, Aleksandre Tabatadze, Tengiz Şarmanaşvili, Aluda Quduşauri və Paata Saliyanın namizədliyini irəli sürüb.
Parlamentin müxalifət nümayəndələri kimi komissiyanın tərkibinə Xalq Hakimiyyətinin üzvləri Sozar Subari və Quram Maçaraşvili, Avropa Sosialistlərindən isə İliya İncia daxil olacaq.
İstintaq komissiyasının tərkibi on nəfər tərəfindən müəyyən edilir. Komissiyada iki yer boş qalıb və bu yerlər“Gürcüstan Naminə” partiyasının üzvləri üçün nəzərdə tutulub.


